Kontrakt ayı

Contract month Fyuçers müqaviləsinin müddətinin sonayetmə və ya fyuçers müqaviləsi üzrə aktivin çatdırılma ayı.
Kontragent (tərəf-müqabil)
Konvergensiya
OBASTAN VİKİ
Smart kontrakt
Smart kontrakt və ya ağıllı müqavilə (ing. Smart contract) — bir sövdələşmə və ya anlaşmanın şərtlərinə uyğun olaraq hüquqi cəhətdən müvafiq hadisələri və hərəkətləri avtomatik icra etmək, nəzarət etmək və ya sənədləşdirmək məqsədi daşıyan kompüter proqramı və ya əməliyyat protokoludur. Ağıllı müqavilələrin məqsədləri etibarlı vasitəçilərə olan ehtiyacı, arbitraj və icra xərclərini, fırıldaqçılıq itkilərini, həmçinin zərərli və təsadüfi istisnaları azaltmaqdır. Satış maşınları ağıllı müqavilənin tətbiqinə bərabər olan ən qədim texnologiya parçası kimi istinad edilir. 2014-cü ildə Ethereum adlı kriptovalyuta əlaqədar olaraq nəşr olunan ağ kağızda Bitcoin protokolu kompüter alimi, hüquqşünas və kriptoqraf Nik Şabo tərəfindən müəyyən edilmiş ağıllı müqavilə konsepsiyasının zəif versiyası kimi təsvir edilir. Bitcoin etibarsız tərəflər arasında daha təkmil ağıllı müqavilələr bağlamağa imkan verən skript dillərini dəstəklədiyindən bəri müxtəlif kriptovalyutalar. Bitcoindən bu yana müxtəlif kriptovalyutalar etibar edilməyən tərəflər arasında daha təkmil ağıllı müqavilələrə imkan verən skript dillərini dəstəkləyir.
Ayı
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Ayı (dəqiqləşdirmə)
Ayı — ayıkimilər fəsiləsinə aid heyvan cinsi.
Ayı Ana
Ayı Ata
Ayı fındığı
Ayı soğanı
Ayı soğanı, xalyar (lat. Allium ursinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU A2c + 3c). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Soğanağı uzunsov, ensiz, 1 sm enində, gövdə üçtilli və ya dairəvi, 15–20 sm hündürlükdə, əsası adətən 2 kökyanı yarpaqlıdır, qına bərkidilmişdir. Yarpaq səthi uzunsov və ya ellipsivari-neştərşəkilli, iti 2(3)-4(6) sm enindədir. Çətir çox və ya azçiçəkli, hamardır. Çiçəkyanlığı 8–10 mm uzunluğunda, ulduzşəkilli, təmiz ağdır. Erkəkcik sapı uzun, bütöv, bizvaridir.
Ağ ayı
Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir.
Ağdöş ayı
Ağdöş ayı, Himalay ayısı - ayılar fəsiləsindən yırtıcı məməli heyvan. Uzunluğu 1,7 metr, çəkisi 150 kiloqramadək olur. Cənub-Şərqi Asiyada, Hindiquş və Himalay dağlarında, Tibetin cənub hissəsində, Şərqi Asiyanın cənubunda, Uzaq Şərqin cənubundakı meşələrdə yaşayır. Ağaclara yaxşı dırmaşır. Yaşadığı arealın şimalında ağac koğuclarında qışlayır. Nəsli kəsilmək təhlükəsi var. Azərbaycan ərazisində Alt, Orta və Üst Pleystosen çöküntülərində Ağdöş ayının elmə məlum olmayan növünün ((Selenoarctos Karabach) qalıqları tapılmışdır.
Bal ayı
Bal ayı — evliliyin ilk ayı ki gəzməkdə keçirilir, evliliklərini səmimiyyət və inzivada qeyd etmək üçün yeni evlilər tərəfindən keçirilən ənənəvi tətil.
Boz ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. == Ümumi məlumat == Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Eynəkli ayı
Eynəkli ayı (lat. Tremarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Cinsə iki növ daxildir. Bu cinsə daxil olan bir növ Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə aid yaşayan yenganə ayı növdür.
Kisəli ayı
Kiçik Ayı
Kiçik Ayı (lat. Ursa Minor) — göyün Şimal yarımkürəsində qütbətrafı bürc. Ən parlaq ulduzu Qütb ulduzudur. Dünyanın şimal qütbü Kiçik Ayıdadır. 18−25 dekabrında meteor yağışının zirvəsinə çatır. Qütb ulduzu Dabi ulduzu ilə kəsişir.
Knut (ayı)
Knut (Almanca tələffüz: [ˈknuːt] ( dinlə)) (5 dekabr 2006–19 mart 2011) — Berlin zooparkında doğulmuş məşhur ağ ayı. Doğulduğunda anası tərəfindən rədd edilməsi nəticəsində zoopark işçiləri tərəfindən tərbiyə edilmişdir. 30 ildir Berlin zooparkında körpəlik mərhələsini keçərək ən çox yaşaya bilən ilk ağ ayı balası idi. Knut beynəlxalq müzakirə mövzusuna çevrildikdən sonra, zoopark turistik və kommersiya uğurlarına imza atdı. Almaniyanın Bild qəzeti heyvan hüquqları fəalının zooparkda bu heyvanın böyüdülməsini pisləyən bir məqalə yayımlandığı zaman, dünyadakı pərəstişkarları onun tərbiyəsini insanlar tərəfindən dəstəkləmək üçün hərəkətə keçdilər. Uşaqlar zooparkdan kənarda etiraz etdilər və dünyanın hər yerindən rəğbət ifadə edən e-poçtlar göndərildi. Məşhur Knut ayısı, oyuncaqlarda, müxtəlif KİV-lərdə, DVD-lərdə, kitablarda və "Knutmania" adlı bir media fenomeninin mərkəzində olmağı bacardı. Bütün bunların nəticəsi olaraq, 2007-ci ildə Berlin zooparkında ayının gəlirində təxminən 5 milyon avro artım oldu. Zooparkın illik ziyarətçi sayı təxminən 30% artdı, beləliklə 2007-ci il, 163 illik tarixinin ən gəlirli ili olaraq seçildi. Knut ayısı 19 mart 2011-ci ildə, günorta saatlarında, dörd yaşında ikən vəfat etdi.
Qonur ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Ramazan ayı
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Qısasifət ayı
Qısasifət ayı (lat. Arctodus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Cinsə iki növ daxildir. Bu canlılar 1.8 milyon ildən 11 min öncəyə qədər yaşamışlar.
Qurban ayı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Qurbanlıq ayı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Kiçik Ayı (bürc)
Kiçik Ayı (lat. Ursa Minor) — göyün Şimal yarımkürəsində qütbətrafı bürc. Ən parlaq ulduzu Qütb ulduzudur. Dünyanın şimal qütbü Kiçik Ayıdadır. 18−25 dekabrında meteor yağışının zirvəsinə çatır. Qütb ulduzu Dabi ulduzu ilə kəsişir.
Kiçik qısasifət ayı
Kiçik qısasifət ayı (lat. Arctodus pristinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin qısasifət ayı cinsinə aid heyvan növü. Bu canlılar əsasən Amerikanın Atlantik okean sahilləri və Müasir Meksika ərazinində yayılmışlar. Təqribi olaraq 800 000 və 10 000 il öncə yaşaması ehtimal edilir. Böyük qısasifət ayının əcdadıdır. Onlar nəhəng ayılarda ölçülərinə görə fərqlənirdilər. Kiçik dişlərə və çənəyə sahib idilər. Böyük ehtimalla hər şeylə qıdalanırdılar.
Maşa və Ayı
Maşa və Ayı (nağıl) — Rus xalq nağılı. Maşa və Ayı (cizgi filmi) — ümumi auditoriyaya nəzərdə tutulmuş Rusiya multiplikasiya serialı. Maşa və Ayılar — Rusiyada musiqi qrupu.
Nəhəng ağ ayı
Nəhəng ağ ayı - heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin ağ ayı növünə aid heyvan yarımnövü. Bu ayılar nəhəng ölçüləri ilə seçilirdi. Uzunluğu 4 metr, çəkisi isə 1.2 ton təşkil edirdi. Bu canlıların Pleystosen epoxasına aid dirsək sümüyü Böyük Britaniya ərazisində aşkarlanmışdır. Çox böyük ehtimal ki, onlar Qonur ayı ilə Ağ ayını arasında bir həyat tərzi keçirmişlər. Onlar qida azlığından tələf olmuşlar.

Значение слова в других словарях